“Nestlé” bu uşaq qidalarını geri çağırdı – Toksin ehtimalı var


İsveçrənin “Nestlé” şirkəti ürəkbulanma və qusmaya səbəb olan toksin olma ehtimalına qarşı SMA, BEBA və NAN körpə qidaları da daxil olmaqla 25 ölkədə bir neçə partiya körpə qidasını geri çağırdığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi şirkətin bəyanatına istinadla məlumat yayıb.
Məlumata görə, geri çağırılma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyalara təsir göstərib.
Şirkət körpə qidalarının tərkibində “bacillus cereus” bakteriyası tərəfindən istehsal ediən sereulid toksini ola biləcəyi barədə xəbərdarlıq edib.
Lakin “Nestlé” iddia edir ki, bu günə qədər geri çağırılan məhsullardan heç biri ilə bağlı hər hansı infeksiya və ya simptom qeydə alınmayb.
Digər tərəfdən, Avstriya Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırılma 10-dan çox “Nestlé” fabrikindən 800-dən çox məhsula təsir edib.
Agentlik bunun şirkətin tarixində ən böyük geri çağırılma olduğunu təxmin edir.

DİGƏR XƏBƏRLƏR

Top