
Vaşinqton administrasiyası hesab edir ki, Venesuela Prezidenti Nikolas Maduroya qarşı ABŞ-nin rəhbərlik etdiyi əməliyyat zamanı mülki şəxslər də daxil olmaqla təxminən 75 nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, bu əməliyyat nəticəsində ən azı 67 nəfər həlak olub. Başqa bir mənbə ölənlərin sayının təxminən 75-80 olduğunu bildirib. Nəşr dəqiqləşdirib ki, həlak olanlar arasında Kuba və Venesuela hərbçiləri, eləcə də mülki şəxslər var.
Qeyd edək ki, bundan əvvəl Kuba Prezidenti Migel Dias Kanel ABŞ-nin Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Maduroya qarşı əməliyyat zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən 32 kubalı hərbçinin öldüyünü bildirmiş və adada iki günlük matəm elan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz