Venesuelada 7 günlük matəm elan olundu


Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ əməliyyatı zamanı hərbçilərin ölümü ilə əlaqədar ölkədə yeddi günlük milli matəm elan edib.
Yeniavaz.com
xəbər verir ki, Rodriqes 6 yanvarda Venesuela dövlət televiziyasında çıxış edərək Venesuelanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olanların xatirəsinə yeddi günlük matəm elan edib.
O, Venesuelanın hücumlara və təcavüzə məruz qalan dinc bir ölkə olduğunu qeyd edib.
Venesuela ordusunun məlumatına görə, 3 yanvarda ABŞ-nin əməliyyatı zamanı 23 nəfər həlak olub. Kuba hökuməti isə 32 vətəndaşının öldüyünü açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top