İran ordusu və SEPAH tam döyüş hazırlığına gətirildi


İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tam döyüş hazırlığı vəziyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bunu SEPAH komandirinin müşaviri briqada generalı Morteza Qorbani deyib.
General bildirib ki, ABŞ və İsrailin istənilən təcavüzünə layiqli cavab veriləcək:
“Hal-hazırda təxminən 400 ordu və SEPAH üzvünün “əlləri tətikdə”dir”. Birliklər hazırdır. Hər hansı təcavüz baş verərsə, İsraili yerlə-yeksan edəcəklər”.
Xatırladaq ki, dekabrın sonunda İranın müxtəlif şəhərlərində kəskin inflyasiya və milli valyutanın (rialın) dəyərdən düşməsi səbəbindən kütləvi etiraz aksiyaları baş verib. Etirazların fonunda Prezident Məsud Pezeşkian Mərkəzi Bankın rəhbərini vəzifəsindən azad edib.
Etirazların fonunda ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də bəyan edib ki, əgər ölkə hakimiyyəti əhaliyə qarşı güc tətbiq edərsə, ABŞ İran vətəndaşlarını qorumağa hazırdır. Tehran bu təhdidləri pisləyib.

DİGƏR XƏBƏRLƏR

Top