
ABŞ Prezidenti Donald Trampın reytinqi 42%-ə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu nəticəyə “Ipsos” keçirdiyi sorğuya əsasən gəlmək olar.
Bu reytinq onun 2025-ci ilin oktyabrından bəri ən yüksək göstəricisidir.
“Trampın bəyənmə reytinqi dekabrda keçirilən sorğuda 39%-dən hazırda 42%-ə yüksəlib”, - agentlik bildirib.
Sorğu həmçinin müəyyən edib ki, respondentlərin üçdə biri ABŞ-nin Venesuelaya zərbə endirməsini bəyənib. Həmçinin, 72 faiz ABŞ-nin Latın Amerikası ölkəsinin işlərinə həddən artıq qarışa biləcəyindən narahat olduğunu bildirib.
Sorğu yanvarın 4-5-də ABŞ-də 1248 böyüklər arasında keçirilib. Səhv marjası təxminən üç faiz bəndidir.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores saxlanılıb və Nyu-Yorka köçürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz