İranda etirazlar zamanı neçə nəfər ölüb?

iranda daha bir sepah üzvü öldürüldü − etirazlar davam edir
İranda kütləvi etirazlar başlayandan bəri azı 25 nəfərin öldüyü deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” insan haqları fəallarına istinadən məlumat yayıb.
“Hengaw” insan haqları təşkilatının məlumatına görə, ölən 25 nəfərdən dördünün yaşı 18-dən azdır. HRANA hüquq-mühafizə qrupu iki hüquq-mühafizə əməkdaşı da daxil olmaqla 29 nəfərin öldüyünü bildirir. Qeyd edilib ki, 1200-dən çox adam həbs edilib.
İran hakimiyyəti saxlanılan və ya öldürülən etirazçılarla bağlı rəsmi rəqəmlər təqdim etməyib, yalnız iki hüquq-mühafizə əməkdaşının ölümünü təsdiqləyib.
İranda etirazlar dekabrın sonunda iqtisadi böhran və yüksək inflyasiya fonunda başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top