
Yaponiyanın qərbində 6,4 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, təbii hadisə nəticəsində ən azı 9 nəfər xəsarət alıb.
Bildirilib ki, Şimane, Tottori, Okayami və Xirosima prefekturalarının 9 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların həyatı təhlükədə deyil.
Qeyd edilib ki, bölgədəki nüvə obyektlərində fövqəladə vəziyyət qeydə alınmayıb. Yapon seysmoloqları gələn həftə daha güclü təkanların baş verə biləcəyi barədə xəbərdarlıq edir və yerli sakinləri ayıq-sayıq olmağa çağırır.
Tətbiqimizi yükləyə bilərsiniz