
Avropa İttifaqı (Aİ) Venesuela Prezidenti Nikolas Maduronun legitimliyini tanımadığı kimi, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigezin də legitimliyini tanımır.
Yeniavaz.com xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə deyib.
“Delsi Rodriges Venesuela prezidentinin səlahiyyətlərini icra edən kimi and içdi, lakin indiki Venesuela hakimiyyəti mandatlarını demokratik dəyişiklik istəklərinə cavab verməyən seçkilər əsasında əldə edib”, - Hipper deyib.
AK sədri vurğulayıb ki, Avropa İttifaqı nə Nikolas Maduronu, nə də Delsi Rodrigezi legitim prezident hesab etmi:
“Lakin biz onunla və Venesuela hakimiyyəti ilə məhdud əlaqə saxlayacağıq”.
Tətbiqimizi yükləyə bilərsiniz