
İsraildə H5N1 qripi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, epidemiya Emek İzreel rayonunda, Sde Yaakov kəndində aşkar olunub.
Məlumata görə, təxminən 2000 ördək olan fermada qeydə alınan quş qripi 90 ördəyin ölümünə səbəb olub.
İsrail Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan laboratoriya testləri H5N1 virusunun mövcudluğunu təsdiqləyib.
İnfeksiyanın aşkarlanmasına cavab olaraq baytarlıq xidmətləri fermanın 10 kilometr radiusunda karantin elan edib.
Nazirlik tədbirlərin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının beynəlxalq protokollarına uyğun olaraq həyata keçirildiyini bildirib.
Nazirlik ərazidəki bütün quşçuluq fermalarında gücləndirilmiş monitorinq aparıldığını və əlavə bioloji nəzarət tələbləri tətbiq olunduğunu qeyd edib.
Nazirlik, həmçinin quş əti və yumurtanı yalnız lisenziyalı pərakəndə satış yerlərindən almağa və yalnız tam bişirildikdən sonra istehlak etməyə çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz