
Hazırda ABŞ-də saxlanılan Venesuela Prezidenti Nikolas Maduro Nyu York məhkəmə zalında özünü təqsirsiz bilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı canlı yayımda məlumat verib.
Bildirilib ki, Maduro məhkəmə zalında çıxışında Venesuela prezidenti olaraq qaldığını və günahsız olduğunu vurğulayıb. Həmçinin Venesuela lideri özünü hərbi əsir adlandırıb.
Məhkəmə prosesinə sədrlik edən hakim Maduronun çıxışına müdaxilə edib.
Məlumata görə, Maduro tərcüməçidən istifadə edir və məhkəmə zalına qandalsız gətirilib. Məhkəmə yerli vaxtla günortadan sonra (Bakı vaxtı ilə 21:00) başlayıb. Maduronun amerikalı vəkili Barri Pollak da prosesdə iştirak edir.
Tətbiqimizi yükləyə bilərsiniz