
Rusiya hərbçiləri Dneprdə yerləşən ABŞ-nin “Bunge” şirkətinə məxsus günəbaxan yağı zavoduna zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şəhər meri Boris Filatov məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Dnepr yollarına 300 ton yağ tökülüb. Bu səbəbdən şəhərin sahil zolağı iki-üç gün müddətinə bağlı olacaq.
“Ruslar Amerikanın əmlakını bombaladılar. Zavod Missuri ştatının Sent-Luis şəhərindən olan “Bunge” şirkətinə məxsusdur. Bu barədə dünyaya xəbər verin”, - Filatov yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz