
Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının növbəti iclası 2026-cı ildə Düşənbədə keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, görüşdə MDB daxili işlər nazirlikləri arasında prioritet əməkdaşlıq perspektivləri, dövlətlərarası cinayətkarlığa qarşı mübarizə proqramlarının həyata keçirilməsi və birlik ölkələrinin qurumları arasında qarşılıqlı fəaliyyətin digər müvafiq aspektləri müzakirə olunacaq.
Qeyd edək ki, 2025-ci ildə MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası Sankt-Peterburqda keçirilmişdi.
MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz