
“TopSpeed” portalı ən etibarlı 10 orta ölçülü sedanların reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, “Lexus ES 300h” 100 baldan 87 balla siyahıda birinci yeri tutub.
Mütəxəssislər onun üstünlükləri arasında yüksək komfort səviyyəsini və hibrid güc aqreqatının səssiz işləməsini qeyd edirlər.
İkinci yerdə 100 baldan 86 balla “Toyota Camry” qərarlaşıb. Avtomobil rahat hərəkəti və yüksək səs izolyasiyası ilə fərqlənir.
Üçüncü yerdə 100 baldan 85 balla “Toyota Crown” yerləşib. Bu avtomobil həm geniş salona, həm də yüksək komforta malikdir.
İlk 10-luğa həmçinin “Nissan Altima”, “Genesis G80”, “Kia K5”, “Honda Accord”, “Subaru Legacy”, “Volkswagen Arteon” və “Hyundai Sonata” daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz