Məşhur rejissor Ceyms Kameronun “Avatar: Alov və Kül” filmi qlobal kassa gəlirlərində iki həftə ərzində 1 milyard dollar gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Collider” portalı məlumat yayıb.
Portalın məlumatına görə, film ABŞ-də 306 milyon dollar, beynəlxalq bazarlarda isə 777,1 milyon dollar qazanıb.
Nəticədə, “Avatar” franşizasının üçüncü filmi bu göstəricidə əvvəlki iki filmi geridə qoyub.
Belə ki, 2009-cu ildə çəkilən “Avatar” filmi 17, 2022-ci ildə çəkilən “Avatar: Suyun yolu” filmi isə 14 gün ərzində 1 milyard dollar gəlir gətirib.
Qeyd edək ki, bu, rejissor Ceyms Kameronun dördüncü nailiyyətidir.
İlk dəfə onun “Titanik” filmi qlobal kassada birinci yeri tutub. Ümumilikdə, “Titanik” nümayiş olunduğu müddətdə 2 milyard dollardan çox gəlir əldə edib. Digər “Avatar” filmləri də tamaşaçılar tərəfindən uğur qazanıb və bütün dövrlərin ən çox gəlir gətirən filmləri olub.
Tətbiqimizi yükləyə bilərsiniz