
ABŞ Prezidenti Donald Trampın Venesuelanın neft sənayesini bərpa etmək planının həyata keçirilməsi Amerika şirkətlərindən 100 milyard dollardan çox investisiya tələb edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, Venesuelada neft hasilatını bərpa etmək və 1970-ci illərin pik səviyyəsinə qaytarmaq üçün şirkətlər növbəti onillikdə ildə təxminən 10 milyard dollar investisiya qoymalıdırlar.
Belə ki, Vaşinqtonun planları tam reallaşarsa, Venesuela neft ehtiyatlarının işlənməsi üçün ən çox ehtimal olunan şirkətlər “Chevron Corp.”, “Exxon Mobil Corp.” və “ConocoPhillips” şirkətləridir.
Venesuela hazırda gündə təxminən 1 milyon barel neft hasil edir ki, bu da 1974-cü illə müqayisədə təxminən 4 milyon bareldən azdır. İstehsalın azalması həm infrastruktur sistemlərinə xroniki investisiya qoyuluşunun azalması, həm qabaqcıl texnologiyalara çıxışın olmaması, həm də Venesuelaya qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədardır. Ekspertlərin fikrincə, bu cür böyük investisiyaların qoyulması üçün siyasi sabitlik də tələb olunur.
Tətbiqimizi yükləyə bilərsiniz