Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib


Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən təxminən 50 kiloqram donuz əti və sümüyündən hazırlanan ərzaq unu idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən donuz əti və sümüyündən hazırlanan ərzaq ununun bir kiloqramının orta gömrük dəyəri 21,4 dollar (36,4 manat) olub.
Onu da bildirək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 4 ölkədən donuz əti və sümüyündən hazırlanan ərzaq unu idxal edib.
Birləşmiş Ərəb Əmirlikləri – təxminən 10 kq (3 dollar)
Almaniya – təxminən 30 kq (26,7 dollar)
İtaliya – təxminən 10 kq (11 dollar)
Portuqaliya – təxminən 10 kq (13 dollar)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top