“Mançester Yunayted” baş məşqçisini istefaya göndərdi


“Mançester Yunayted” baş məşqçisi Ruben Amorimi istefaya göndərib.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mançester Yunayted” klubunun mətbuat xidməti məlumat yayıb.
Amorimin istefasından sonra “Qırmızı şeytanlar”ın əsas komandasına müvəqqəti olaraq menecer Darren Fletçer təyin edilib.
Qeyd edək ki, Amorim 2024-cü ilin noyabr ayında ”Mançester Yunayted”ə rəhbərlik etməyə başlayıb.
O, əvvəllər iki Portuqaliya çempionluğunu qazandığı “Sportinq Lissabon”un baş məşqçisi olub.
“Benfika”dakı oyunçu karyerası ərzində Amorim iki Portuqaliya çempionluğu, bir Portuqaliya Kuboku və bir Portuqaliya Super Kubokunu qazanıb.
Xatırladaq ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 oyundan 31 xalla beşinci yerdədir. Komanda lider “Arsenal”dan 17 xal geridə qalırlar.
“Mançester Yunayted” növbəti daxili liqa matçında səfərdə “Börnli” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top