Mask Trampla şam yeməyi yedi


Amerikalı milyarder İlon Mask ötən həftə sonu ABŞ Prezidenti Donald Tramp və ABŞ-nin birinci xanımı Melaniya Trampla birlikdə şam yeməyi yeyib.
Yeniavaz.com
xəbər verir ki, Mask şam yeməyi ilə bağlı fotoşəkli sosial şəbəkə hesablarında paylaşıb.
Mask fotoşəklə “2026-cı il möhtəşəm olacaq!” şərhini əlavə edib.
Jurnalistlər şam yeməyinin Trampın Floridadakı Mar-a-Lago iqamətgahının ərazisində baş tutduğunu ehtimal edirdilər.
Fotoşəkildə yalnız İlon Maskın və Donald və Melaniya Trampların orada olduğu görünür.
Qeyd edək ki, Mask 2025-ci ilin yanvar ayından mayın sonuna qədər Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib.
2025-ci ilin iyun ayında Mask və Tramp arasında mübahisə baş versə də, sonradan onlar arasında münasibətlər yoluna düşüb.

DİGƏR XƏBƏRLƏR

Top