Etirazlar şiddətlənərsə, Xamenei İranı tərk edə bilər – “The Times”


İranın Ali Lideri Ayətullah Əli Xamenei İranda etirazlar şiddətlənəcəyi təqdirdə ölkəni tərk etmək barədə plan hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times” qəzeti kəşfiyyat hesabatına istinadla məlumat yayıb.
Məqalədə deyilir ki, 86 yaşlı İran lideri ordu və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfini tutmağa başladığını və ya əmrləri yerinə yetirməyi dayandırdığını görərsə, 20 köməkçisi və ailə üzvü ilə birlikdə Tehrandan qaçmağı planlaşdırır.
İslam İnqilabından səkkiz il sonra İrandan qaçmış və onilliklər ərzində İsrail kəşfiyyatında xidmət etmiş Beni Sabti qəzetə bildirib ki, bu halda Xamenei Moskvaya gedə bilər, çünki onun üçün başqa yer yoxdur.
“The Times” qəzetinin qeyd etdiyi kimi, plan 2024-cü ilin dekabrında devrilmiş və paytaxt ələ keçirilməzdən əvvəl Dəməşqdən Moskvaya qaçmış Suriya lideri Bəşər Əsədin təcrübəsinə əsaslanır.
Qeyd edək ki, İranda yerli valyutanın devalvasiyası fonunda dekabrın sonlarında etirazlar başlayıb. Etirazlar 25 əyalətdə 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərlərində) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top