“İlham Əliyev fiziki cəhətdən güclüdür, təcrübəli idmançı kimi müntəzəm məşq edir”


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrindən olan həmkarlarının fiziki hazırlığından danışıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Türkistan” qəzetinə müsahibəsində bildirib.
Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığı barədə də qeyd edib.
Qazaxıstan liderinin sözlərinə görə, İlham Əliyev fiziki cəhətdən güclüdür, təcrübəli idmançı kimi müntəzəm məşq edir.
“Japarov futbol oynayır. Mirziyoyev də güclüdür, idman zalında məşq edir. Paşinyan velosiped sürür. Lukaşenko hələ də xokkey oynayır. Bir vaxtlar Hərbi Dəniz Qüvvələrində xidmət edən və yaxşı formada olan Rahmonun da sağlamlığı yaxşıdır. Bir sözlə, bütün həmkarlarımın sağlamlığı yaxşıdır”, - Tokayev əlavə edib.
O, həmçinin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə Putinin gənc cüdoçuya qarşı gözəl bir texnika nümayiş etdirərək yaşlı nəslin nüfuzunu artırdığını bildirib.
Jurnalistin onun sağlamlığı ilə bağlı sualına cavab olaraq isə Tokayev səhhətinin yaxşı olduğunu, hər gün yoqa ilə məşğul olduğunu, həftədə iki dəfə stolüstü tennis oynadığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top