Ötən il azərbaycanlılar Türkiyədə 113, ermənilər isə 1 şirkət təsis ediblər


Ötən ilin ilk 11 ayı ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 113 şirkət təsis olunub.
Yeniavaz.com
Türkiyənin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, yeni yaradılan şirkətlərin ümumi sərmayəsi 492,7 milyon lirə (11,5 milyon dollar) olub və bu məbləğin 97%-ni (478 milyon lirə) Azərbaycan sərmayəsi təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan sərmayəsi ilə Türkiyədə təsis olunan şirkətlərin 21-i səhmdar cəmiyyət (anonim şirkət), 92-si isə Məhdud Məsuliyyətli Cəmiyyət (limited şirkət) olub.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan vətəndaşları ötən ilin yanvar–noyabr aylarında Türkiyədə ən çox şirkət açan əcnəbilərin sırasında 4-cü olublar. Yalnız İran, Çin və Almaniya sərmayəli şirkətlər Azərbaycandan çox olub.
Onu da bildirək ki, ötən il Ermənistan sərmayəsi ilə Türkiyədə 1 şirkət qurulub. Şirkətin 500 min lirə dəyərindəki nizamnamə kapitalı tamamilə Ermənistan vətəndaşına məxsus olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top