Venesuelanın neft ixracatı tam iflic olub – “Reuters”


ABŞ Prezidenti Donald Trump administrasiyasının sanksiya tətbiq edilən tankerlərin bloklanması qərarından sonra Venesuelanın neft ixracatı tamamilə dayanıb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadən xəbər verir ki, ixracın tam dayandırılması ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının paytaxt Karakasdan təxliyə edilməsindən, həmçinin Vaşinqtonun ölkədə siyasi keçidə nəzarət edəcəyini açıqlamasından sonra baş verib.
Mənbələr bildirir ki, liman kapitanları gəmilərin limanları tərk etməsi üçün zəruri icazələri ala bilməyiblər. ABŞ Prezidenti Donald Tramp şənbə günü keçirilən brifinqdə Venesuelaya qarşı tətbiq edilən “neft embarqosu”nun tam qüvvəyə mindiyini təsdiqləyib.
Dövlətə məxsus PDVSA şirkətinin əsas tərəfdaşlarından biri olan “Chevron” da daxil olmaqla, neft ixracının tam dayandırılması Venesuelanı hasilatı azaltmağa məcbur edə bilər.
“Reuters”in məlumatına görə, son həftələrdə ölkənin neft anbarları və xammalın saxlanması üçün istifadə edilən gəmilər sürətlə dolub. İxracın olmaması fonunda Venesuelanın artıq xammalı saxlamaq üçün resursları tükənə bilər ki, bu da neft yataqlarında işlərin dayandırılması riskini artırır.

DİGƏR XƏBƏRLƏR

Top