Maduro və yoldaşı məhkəməyə aparıldı − Yenilənib


Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores “narkoterrorizm” ittihamı ilə ilk dinləmələri üçün Nyu-Yorkun Cənub Dairə Məhkəməsinə gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Venesuela lideri və həyat yoldaşı ağır mühafizə altında Bruklin təcridxanasından vertolyotla, sonra isə zirehli maşınla aparılıb.
Media tərəfindən yayılan görüntülərdə Maduro və Floresin əlləri qandallanmış, onlar silahlı polis əməkdaşları və Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıblar.

***09:26
Venesuela prezidenti Nikolas Maduro yanvarın 5-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00) Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılcaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Venesuela liderinin həyat yoldaşı Siliya Flores de Maduro da eyni vaxtda Manhetten məhkəməsinə çıxarılacaq.
İttihamların dinləmə zamanı oxunacağı gözlənilir. İşə hakim Elvin Hellerstin sədrlik edəcək.
Məhkəmə sənədlərinə görə, Maduro narkoterrorizmdə, kokain idxalında, silah və partlayıcı qurğuların saxlanılmasında ittiham olunur.
Qeyd edək ki, bir gün əvvəl ABŞ ordusu Venesuelaya hücuma keçib. Paytaxt Karakasda, eləcə də Fort Tiuna hərbi bazasında partlayışlar qeydə alınıb. Digər hədəflər arasında La Karlota hava bazası, El Vulkan rabitə stansiyası, La Quayra limanı və bir neçə digər strateji əhəmiyyətli obyektlər olub.
ABŞ Prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandıraraq Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirildiyini elan edib.

DİGƏR XƏBƏRLƏR

Top