
“İran polisi Qəzvin vilayətində keçirilən əməliyyat zamanı hərbi və hökumət obyektlərinə hücumlar planlaşdıran təxribat qrupunun üzvlərini müəyyən edərək saxlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə əyalətin polis rəisi Məhəmməd Qasim Tarxani məlumat verib.
“Əyalət polisinin kəşfiyyat zabitləri İslam İnqilabı Keşikçiləri Korpusunun Qəzvin şəhərindəki kəşfiyyat xidməti ilə birgə bir sıra əməliyyatlar keçiriblər ki, bu əməliyyatlar nəticəsində müəyyən edilib ki, ayrı-ayrı şəxslər zorakılıq aktları və bir sıra hərbi və hökumət obyektlərinə hücumlar törətmək niyyətində olan təxribat qrupu yaradıblar”, – Tarxani bildirib.
Polis rəisi qeyd edib ki, saxlanılan şəxslər günahlarını etiraf edib. Bundan başqa, onların artıq 2022-ci ildə İranda keçirilən etiraz aksiyaları zamanı iğtişaşların təşkilində iştirak etdikləri məlum olub.
Xatırladaq ki, dekabrın 29-u İran rialının kəskin ucuzlaşması ilə əlaqədar tacirlər Tehranın mərkəzində etiraz aksiyası keçirməyə başladılar. Dekabrın 30-da Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulub. Dekabrın 31-də bir qrup naməlum şəxs İranın cənubundakı Fars vilayətində Fez şəhər administrasiyasının binasına hücum edib.
Tətbiqimizi yükləyə bilərsiniz