Berlində anarxist qrup yerli ES-i yandırdı − 45 min ev işıqsız qaldı


Berlinin cənub-qərbində Lixterfeld elektrik stansiyasında kanatlı körpünün alovlanmasından sonra böyük elektrik kəsilməsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tagesspiegel” məlumat yayıb.
Bildirilib ki, yanvarın 3-ü səhər saatlarında 45 min ev təsərrüfatı və 2 min müəssisə işıqsız və istiliksiz qalıb. Səlahiyyətlilər yanvarın 8-dək zərər çəkmiş əksər abunəçilərə elektrik enerjisinin tam bərpa olunmayacağını proqnozlaşdırırlar.
Yerli hakimiyyət hadisəni yanğın kimi qiymətləndirir. Teltou kanalı üzərindəki kabel körpüsünə xüdudi yandıran qurğular yerləşdirilib və nəticədə yanğın bir neçə yüksək və orta gərginlikli kabelləri sıradan çıxarıb və ya zədələyib.
Bu arada, solçu anarxist qrup “Vulkanqruppe” elektrik stansiyasında kabellərin yandırılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Onların məktubu yerli polis tərəfindən qəbul edilib və həqiqi hesab edilib. “Vulkan” iddia edir ki, hücumun məqsədi elektrik enerjisini kəsmək deyil, yanacaq sənayesinə zərər verməkdir.
Qeyd edək ki, “Vulkan” qrupu on ildən çoxdur ki, Berlinin kritik infrastrukturuna hücum edir.

DİGƏR XƏBƏRLƏR

Top