Kiyevdə avtomobil partladıldı − Prokurorluq terror adlandırdı


Kiyevin Obolonski rayonunda avtomobilin partlaması nəticəsində bir hərbçi yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kiyev Prokurorluğu məlumat yayıb.
Hadisə yanvarın 4-də günorta saatlarında Geroi Dnepra küçəsində yerləşən binanın həyətində baş verib.
Partlayış avtomobilin sahibi baqajı açarkən baş verib. Onun yanında bir qadın var idi. O xəsarət almayıb. Xəsarət alan şəxsin adı açıqlanmır.
Kiyev Prokurorluğu hadisəni terror aktı kimi qiymətləndirib. Qurum Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsi (terror aktı, yəni partlayış və ya insan həyatı və ya sağlamlığı üçün təhlükə yaradan digər hərəkət) ilə araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top