
“Venesuela lideri və onun sələfi Uqo Çavesin kəskin tənqidçisi olan ABŞ dövlət katibi Marko Rubio Nikolas Maduronun ölkədən çıxarılmasından sonra Venesuelanın Amerika idarəçiliyində əsas inzibati rolu öz üzərinə götürəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.
Amerika xüsusi təyinatlıları yanvarın 3-də Nikolas Maduronu və həyat yoldaşı Silia Floresi Venesueladan ələ keçirib çıxardıqdan sonra Donald Tramp bəyan etdi ki, Birləşmiş Ştatlar hakimiyyətin təhlükəsiz və nizamlı keçidi əldə olunana qədər ölkəni idarə edəcək.
Bunun konkret olaraq necə baş verəcəyini açıqlamayıb. ABŞ prezidenti ölkəyə Amerika qoşunlarının yerləşdirilməsi və ya zərbələrin “ikinci dalğası”nı istisna etməyib, lakin əlavə edib ki, bu, çətin ki, zəruridir. Bundan başqa, Tramp Amerika şirkətlərinin Venesuelanın neft infrastrukturunun bərpasına milyardlarla dollar sərmayə qoyacağını vəd edib. Yüksək vəzifəli bir məmur bildirib ki, Trampın milli təhlükəsizlik komandası, o cümlədən dövlət katibi Marko Rubio, daxili təhlükəsizlik müşaviri Stiven Miller və müdafiə naziri Pit Heqset hazırda Venesuelanın idarəetmə strukturu üzərində işləyir.
Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigesi müvəqqəti dövlət başçısı təyin edib. O, artıq “ABŞ-nin hərbi təcavüzünü” pisləyib və Nikolas Maduronu ölkənin yeganə qanuni prezidenti elan edib.
Tramp indiyə qədər qısaca cavab verib ki, Rodriges “istədiyimizi edərsə” Amerikanın Venesuelada hərbi mövcudluğuna ehtiyac olmayacaq.
O, həmçinin Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçadonun təmsil etdiyi Venesuela müxalifətinin Venesuelanın gələcək idarəçiliyində iştirakını rədd edib.
Tətbiqimizi yükləyə bilərsiniz