
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əraqçinin teleqram kanalında məlumat paylaşılıb.
Bildirilib ki, görüş zamanı XİN rəhbəri Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb:
“Yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zəruridir”.
Qeyd edilib ki, səfir naziri ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz