“ABŞ Maduroya Türkiyəyə getməyi təklif edibmiş” − KİV


“Dekabrın 23-ü ABŞ Venesuela Prezidenti Nikolas Maduroya ölkəsini tərk edərək Türkiyəyə getməyi təklif edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ rəsmisi “The New York Times” (NYT) qəzetinə bildirib.
Bildirilib ki, Venesuela lideri təklifi qəzəblə rədd edib:
“Maduronun reaksiyası onun Vaşinqtonun təkliflərini ciddi şəkildə nəzərdən keçirmək niyyətində olmadığını açıq şəkildə göstərib”.
Xatırladaq ki, yanvarın 3-də Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ABŞ-nin Karakasda mülki və hərbi obyektlərə hücum etdiyini açıqlayıb. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb. Venesuelada fövqəladə vəziyyət elan edilib. Tramp Venesuelaya endirilən zərbələri təsdiqləyib. O, Maduro və həyat yoldaşının əsir götürülərək ölkədən çıxarıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top