Pekin ABŞ-yə müraciət etdi − Dərhal azad edin


Çin Xarici İşlər Nazirliyi ABŞ-ni ölkədən çıxarılan Venesuela Prezidenti Nikolas Maduronu və onun həyat yoldaşı Silia Floresi dərhal azad etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin XİN-nin rəsmi açıqlamasında bildirilir.
Bəyanatda vurğulanır ki, Çin ABŞ-ni prezident Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuelada siyasi hakimiyyətə zərbə vurmaq cəhdlərini dayandırmağa və bütün məsələləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.
XİN Venesuela prezidenti və onun həyat yoldaşının ABŞ tərəfindən məcburi saxlanmasından narahatlığını bildirib. Nazirlik ABŞ-nin hərəkətlərinin beynəlxalq hüququ və beynəlxalq münasibətlərin fundamental prinsiplərini pozduğunu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və müddəalarına zidd olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top