
“Real Madrid” və “Paris Saint-Germain”in keçmiş müdafiəçisi Serxio Ramos Avropa futboluna qayıda və “Paris” ilə müqavilə bağlaya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Mənbənin məlumatına görə, Ramosun “Nitsa” ilə danışıqları nəticə vermədikdən sonra məşhur ispan müdafiəçi ilə “Paris” maraqlanır. İspan futbolçu paytaxt komandasının layihəsinə az inandığı və daha iddialı klublara meyl etdiyi qeyd edilir.
Qeyd edək ki, 39 yaşlı Ramosun son klubu ötən ilin dekabr ayının əvvəlində tərk etdiyi Meksikanın “Monterrey” klubu olub. Ramos həmçinin İspaniya millisinin heyətində ən çox oyun keçirən rekordçudur.
Tətbiqimizi yükləyə bilərsiniz