Maduro Nyu-Yorkdadır − Fotolar


ABŞ hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresi Nyu-Yorkun Bruklin şəhərindəki təcridxanaya aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Maduro və Floresi daşıyan təyyarə Nyu-Yorkdakı Stüart Milli Qvardiya Bazasına enib.
Venesuela lideri daha sonra həyat yoldaşı ilə birlikdə Manhettenə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə, ondan sonra isə təcridxanaya aparılıb. ABŞ səlahiyyətliləri Maduro və Floresi Nyu-York ətrafında daşımaq üçün helikopter və avtomobillərdən istifadə edib.
KİV-in məlumatına görə, Maduro yanvarın 5-də Nyu-Yorkda məhkəmə qarşısına çıxa bilər.
Qeyd edək ki, Ağ Evin mətbuat xidməti Venesuela liderinin ölkənin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisindəki görüntülərini yayıb.

DİGƏR XƏBƏRLƏR

Top