
Türkiyənin “Fənərbağça” klubu “Samsunspor”dan 25 yaşlı cinah yarımmüdafiəçisi Entoni Musaba ilə müqavilə imzaladığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, klubun yaydığı açıqlamada niderlandlı oyunçu ilə 4,5 illik müqavilə imzalandığı bildirilib.
Yeni transferi Musaba debütünü keçmiş komandası “Samsunspor"”a qarşı edə bilər. “Fənərbağça” 5 yanvar bazar ertəsi günü “Turkcell Super Kuboku”nun yarımfinalında “Samsunspor”la qarşılaşacaq.
Qeyd edək ki, “Samsunspor” formasını geyinən Entoni Musaba burada 22 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
25 yaşlı oyunçu karyerası ərzində “NEC Nijmegen”, “Metz”, “Heerenve”, “Monako”, “Brügge” və “NEC Nijmegen” klublarında oynayıb.
Tətbiqimizi yükləyə bilərsiniz