
Venesuela Prezidenti Nikolas Maduro bu səhər tezdən ABŞ ordusunun ən məxfi xüsusi əməliyyat bölməsi olan “Delta Fors” üzvləri tərəfindən ələ keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “CBS News” kanalına bildiriblər.
Mənbələrin məlumatına görə, əməliyyat yüksək məxfilik şəraitində icra olunub.
Qeyd edək ki, “Delta Fors” daha əvvəl də rezonans doğuran əməliyyatlarla gündəmə gəlib. Bölmə 2019-cu ildə keçmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirildiyi əməliyyatı həyata keçirən əsas qüvvələrdən biri olub.
Tətbiqimizi yükləyə bilərsiniz