
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə saxlanılaraq ölkədən çıxarıldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, onun sözlərinə görə, əməliyyat ABŞ hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib və detalları sonradan açıqlanacaq.
Qeyd edək ki, bu gün Karakasda partlayışlar baş verib, Ağ Ev isə Venesueladakı hədəflərə zərbə endirildiyini təsdiqləyib.
Tətbiqimizi yükləyə bilərsiniz