Maduronun harada olduğu bilinmir – NYT


“The New York Times” (NYT) qəzeti bildirib ki, ABŞ-ın Venesuela ərazisinə endirdiyi hücumlardan sonra ölkə prezidenti Nikolas Maduronun harada olduğu barədə məlumat yoxdur.
Yeniavaz.com
xəbər verir ki, nəşrin məlumatına görə, Maduronun ətrafındakı bəzi yüksək vəzifəli şəxslərin isə böyük ehtimalla təhlükəsiz vəziyyətdə olduğu düşünülür.
Bundan əvvəl media Venesuela ərazisinə ABŞ tərəfindən bir sıra hava zərbələrinin endirildiyini xəbər verib. Amerika mətbuatının məlumatına əsasən, paytaxt Karakasda azı yeddi partlayış qeydə alınıb.
Hadisələrlə bağlı rəsmi Karakas və Vaşinqtondan hələlik əlavə açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top