Azərbaycan neftinin qiyməti ucuzlaşıb


Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Yeniavaz.com
 xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,45 dollar, yaxud 2,2% azalaraq 64,12 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top