Almaniyada quş qripi virusu aşkarlanıb

Almaniyanın Şelsviq-Holsteyn əyalətində meydana çıxan quş qripinin ölkədə yayıldığı və bəzi ölkələrin Almaniya ilə quş əti idxalını dayandırdığı məlum olub. “Yeniavaz.az”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meklenburq-Vorpommern əyaləti Kənd Təsərrüfatı Naziri Till Bakhaus açıqlayıb ki, ölkədə yayılan quş qripinin beynəlxalq ticarətə mənfi təsir göstərəcəyi güman edilir. Bakhaus, “sözügedən müəssisələrin maddi zərərini minimum səviyyəyə endirməyə çalışacağıq”deyib. Aşağı Saksoniya Əyaləti Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada bildirilib ki, quş qripi virusu, Pein bölgəsindəki Eixer gölünün çöl ördəklərindən yayılıb. Əyalətin Kənd Təsərrüfatı Naziri, virusun daha çox yayılmaması üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. Məlumat üçün qeyd edək ki, hərarət, öskürək, boğaz ağrısı, əzələ ağrıları və s. kimi ağrılar, quş qripinin başlanğıc əlamətləridir.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top