
“Apple” şirkəti on ildən çox müddət ərzində ilk dəfə olaraq illik smartfon istehsal dövriyyəsini kökündən dəyişəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb.
Portala görə, əsas “iPhone 18” modeli 2026-cı ildə satışa çıxarılmayacaq.
Onun əvəzinə bu payızda yalnız flaqman cihazların – “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone”un təqdim ediləcəyi gözlənilir.
Standart “iPhone 18” və digər modellər isə 2027-ci ilin yazına qədər satışda olmayacaq.
Bu o deməkdir ki, hazırkı “iPhone 17” 18 aydan çox müddət ərzində yeganı təklif olaraq qalacaq.
Portalın məlumatına görə, bu dəyişiklik çeşidin genişlənməsi ilə əlaqədardır. Belə ki, 2026-cı ilin sonuna qədər “iPhone 16e”, “iPhone Air” və köhnə nəsillər də daxil olmaqla, ən azı səkkiz fərqli “iPhone” modeli eyni vaxtda satışda olacaq.
Bu yeni bazar siyasəti “Apple” şirkətinə məhsullarını fərqləndirməyə, daxili rəqabət olmadan hər bir modelin həyat dövrünü uzatmağa və satışları maliyyə ili ərzində daha bərabər paylamağa imkan verəcək.
Beləliklə, “Apple”ın 2026-cı ildə keçiriləcək ənənəvi sentyabr tədbiri yalnız premium seqmentə həsr olunacaq və şirkətin strategiyasında yeni bir dövrün başlanğıcını qeyd edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz