
Əfqanıstanda kişilərin saqqalını qırxan bərbərlər həbs olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ölkənin hakim Taliban hərəkatı tərəfindən tətbiq edilən yeni qaydalara əsasən, bu cür bərbərlər məhkəmə orqanlarına təhvil veriləcək.
Onlar buna görə 15 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.
Bildirilib ki, müştərilərinə “Qərb” saç düzümü təklif edən bərbərlər də cəzaya məruz qalacaqlar.
Qeyd edək ki, daha əvvəl Əfqanıstanda kişilərin saqqalının qırxılması qadağan edilmişdi, lakin heç bir cəza nəzərdə tutulmamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz