Dünyanın ən bahalı hücumçuları açıqlandı


Nüfuzlu “Transfermarkt” portalı bu günə qədər dünyanın ən bahalı hücumçularının reytinqini tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, hazırda futbolda ən bahalı hücumçu titulunu üç oyunçu bölüşür: “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal, “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holan və “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe.
Portalın məlumatına görə onların hər birinin transfer qiyməti 200 milyon avrodur.
İlk üçlükdən sonra 150 milyon avroluq transfer qiyməti olan “Real Madrid”dən Vinisius Junior gəlir.
Sonrakı yerləri 130 milyon avroluq transfer qiyməti olan üç oyunçu tutur: Bukayo Saka (“Arsenal”), Aleksandr İsak (“Liverpul”) və Maykl Olise (“Bavariya”).
Qeyd edək ki, Yamalın 18, Holanın 25, Mbappenin isə 27 yaşı var.

DİGƏR XƏBƏRLƏR

Top