
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacaq.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.
O, Amerika lideri ilə Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırdığını qeyd edib.
“Həm Rusiya Prezidenti Vladimir Putin, həm ABŞ Prezidenti Donald Tramp, həm də Ukrayna Prezidentio Volodimir Zelenski ilə əlaqə saxlamaqda davam edirəm. Könüllülər Koalisiyasının sammiti bazar ertəsi Parisdə keçiriləcək və mənim adımdan xarici işlər naziri Hakan Fidan iştirak edəcək. Bazar ertəsi axşamı yenidən Trampla danışacağam və Ukraynadakı nizamlanmanı və Fələstin məsələsini müzakirə edəcəyik”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə dəfələrlə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün platforma təmin etməyə hazır olduğunu və liderlərin Ukrayna ilə bağlı görüşünə ümid etdiyini bildirib.
Həmçinin, Rusiya və Ukrayna nümayəndələri arasında 2025-ci ildə İstanbulda üç raund danışıqlar keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz