Enzo Mareskanın yerinə əsas namizəd açıqlandı


“Strasburq”un baş məşqçisi Liam Rosenyor “Çelsi”nin yeni baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romanonun sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, London klubunun rəhbərliyi mütəxəssisə yüksək qiymət verir və o, hazırda əsas namizəddir.
“Çelsi”nin danışıqlara başlamaq ehtimalına qarşı, “Strasburq” artıq mümkün əvəzedici variantları nəzərdən keçirir.
Qeyd edək ki, yanvarın 1-də “Çelsi” baş məşqçi Enzo Mareska ilə müqaviləni ləğv edib.
Xatırladaq ki, Rosenyorun rəhbərliyi altında “Strasburq” 16 turdan sonra Fransa çempionatının turnir cədvəlində səkkizinci yerdədir. Komandanın 23 xalı var və lider “Lens”dən 14 xal geri qalır.

DİGƏR XƏBƏRLƏR

Top