
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolu, həmçinin respublika üzrə bütün yollar nəzarətdə saxlanılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yaylb.
Bildirilib ki, qarlı və şaxtalı hava şəraiti ilə bağlı hər hansı problem yoxdur: “AAYDA-nın bütün maşın-mexaizm və texnikası, həmçinin canlı qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Problem yaranan ərazilərə operativ müdaxilə olunur və hərəkətin təhlükəsizliyi-fasiləsizliyi təmin olunur. Qış fəslinə uyğun avtomobili təchiz etməyən sürücülərin dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə etməməyi tövsiyə olunur”.
Tətbiqimizi yükləyə bilərsiniz