2026-cı il Dünya Çempionatı bilet sifarişlərinin sayına görə rekord vurdu


2026-cı il Dünya Çempionatı qrup mərhələsi oyunları üçün bilet sifarişlərinin sayına görə rekorda imza atıb.
Yeniavaz.com
“Footmercato” portalına istinadla xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.
Onun sözlərinə görə, təşkilata hazırda 150 milyondan çox sifariş daxil olub.
FİFA prezidenti satışdan əvvəlki 15 günlük hazırlıq müddətində hər gün orta hesabla 10 milyon sifariş qeydə alındığını bildirib.
İnfantino sifarişlərin sayına görə ABŞ, Almaniya və Böyük Britaniyanın lider olduğunu əlavə edib.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək.
Xatırladaq ki, hazırkı dünya çempionu Argentinadır.

DİGƏR XƏBƏRLƏR

Top