“ABŞ İrandakı etirazçılara kömək etməyə hazırdır” – Trampdan xəbərdarlıq


ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranda dinc etirazçılar öldürülməyə davam edərsə, onlara kömək etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında bildirib.
“Əgər İran  adətlərinə uyğun olaraq dinc etirazçıları atəşə tutarsa və vəhşicəsinə öldürərsə, ABŞ onların köməyinə gələcək. Biz silahlanmışıq və döyüşə hazırıq“, - Tramp qeyd edib.
Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar beş gündür kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlər və yaralananlar var.

DİGƏR XƏBƏRLƏR

Top