
Smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ”Azəriqaz” İB-dən məlumat verilib.
Məlumata görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib.
“Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğu aşkar edilib. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar”, - məlumatda qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz