
Almaniyanın “Audi” avtomobil şirkəti təhlükəsizlik kəməri ilə bağlı problemlərə görə 30 minə yaxın avtomobilini geri çağıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “carscoops.com” portalı məlumat yayıb.
Portalın məlumatına görə, geri çağırılma əsasən 2025-ci il A5, S5, A6, A6 Sportback e-tron, S6 Sportback e-tron, Q6 e-tron, Q6 Sportback e-tron, SQ6 e-tron və SQ6 Sportback e-tron modellərinə şamil ediləcək.
Portalın verdiyi xəbərə görə, ümumilildə 27 min 768 avtomobil geri çağırılacaq.
Portal bildirir ki, arxa oturacağa uşaq oturacağı quraşdırıldıqda təhlükəsizlik kəməri mexanizmi işə düşməyə bilər.
Məlumata görəı, satıcılar qüsuru pulsuz təmir etməlidirlər.
Tətbiqimizi yükləyə bilərsiniz