
ABŞ administrasiyası Çini Tayvana hərbi təzyiqi dayandırmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
“Çinin Tayvana və regiondakı digər ölkələrə qarşı hərbi hərəkətləri və ritorikası gərginliyi əsassız şəkildə artırır. Biz Pekini təmkinli olmağa, Tayvana hərbi təzyiqi dayandırmağa və bunun əvəzinə konstruktiv dialoq qurmağa çağırırıq”, - bəyanatda qeyd eidlib.
“Amerika Birləşmiş Ştatları Tayvan boğazında sülh və sabitliyi dəstəkləyir və status-kvonun birtərəfli şəkildə dəyişdirilməsinə, o cümlədən güc tətbiqinə qarşı çıxır", - ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu bu yaxınlarda Tayvan ətrafındakı su və hava məkanında genişmiqyaslı təlimlərini başa çatdırıb. Təlimlərə döyüş atəşi təlimləri və adadakı əsas limanların blokadası üçün məşq daxil olub.
Tətbiqimizi yükləyə bilərsiniz