ÜST Qəzzanın səhiyyə sisteminin bərpası üçün lazım olan məbləği açıqladı


Qəzza zolağının səhiyyə sisteminin bərpası üçün ən azı 7 milyard dollara ehtiyac olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, təşkilat əvvəllər 41 xəstənin və 145 müşayiətçinin bir neçə ölkəyə təxliyəsinə kömək edib.
“Lakin hələ də Qəzzadan kənarda müalicəyə ehtiyacı olan 15 min xəstə, o cümlədən 4 min uşaq var”, - ÜST rəhbəri bildirib.
O qeyd edib ki, təxliyəni gözləyərkən 700-dən çox insan ölüb.
Qeyd edək ki, bundan əvvəl BMT, Aİ və Dünya Bankının operativ qiymətləndirməsinə görə, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacağı bildirilmişdi.
Bununla belə, BMT nümayəndələri bütün ərazilərin bərpa olunmayacağını qeyd edirlər.

DİGƏR XƏBƏRLƏR

Top